Rusiya prezidenti ilə ABŞ lideri arasında yeni telefon danışığı nəzəri cəhətdən mümkündür.
Avropa.info xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Vladimir Putin arasında keçirilən görüşdən sonra bildirib.
“Nəzəri cəhətdən bu mümkündür, bəlkə hə, ya da yox”, – Peskov deyib.
Xatırladaq ki, Uitkoff 11 apreldə Rusiya lideri Vladimir Putinlə bağlı qapılar arxasında 4 saatdan çox müzakirə aparıb