Aprel ayının 10-da millət vəkili Tamam Cəfərova vətəndaşlarla növbəti #qəbul keçirib.
Qəbulda #Mirikənd, #Qaravəlli, #Muğanlı kəndlərindən sakinlər iştirak edib. Qəbulda vətəndaşların çoxsaylı müraciətləri diqqətlə dinlənilib.
Avropa.info xəbər verir ki, sakinlərin müraciətləri Mirikənd, Qaravəlli və Muğanlı kəndlərində yeni məktəb və uşaq bağçasının tikilməsi, Məlcək kəndində isə məktəb və bağçanın təmir olunması məsələsinin aidiyyəti qurumlar qarşısında qaldırılmasını xahiş ediblər. Vətəndaşların qaldırdığı digər məsələlər isə əhalinin içməli su ilə təmin olunmasında yaranan problemlər, həmçinin, yeni salınan məhəllələrin qazlaşdırılması ilə əlaqədar olmuşdur.
Qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.