F.Köçərli adına Respublika Uşaq Kitabxanasinda 6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günü” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
Avropa.info xəbər verir ki, “6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günü”dür. Bu tarix 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edilib və hər il dünya miqayasında qeyd edilir. Əsas məqsəd animasiya sənətinin təhsil və mədəniyyət sahəsində töhfələrini təşviq etmək, eləcə də uşaqların inkişafında cizgi filmlərin rolunu geniş ictimaiyyətə çatdırmaqdır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi “6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günü” ilə əlaqədar olaraq mövzu üzrə kitab və dövri mətbuat materiallarının biblioqrafik siyahısını tərtib edərək oxucuların istifadəsinə təqdim edir.
Biblioqrafik yaddaş ilə aşağıda qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz