İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor ölkəsinə sabitlik gətirməyəcək.
Avropa .info xəbər verir ki, bunu Türkiyə XİN-in rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.
“İsrail öz xarici siyasətində daha məsuliyyətli olmalıdır. Seçdiyi strategiya, xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək”, – o bildirib.