“Əgər ölkənin hakimiyyət orqanları Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, İranın başına pis bir şey gələ bilər”.
Avropa.info CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bildiyiniz kimi, mən bu yaxınlarda onlara məktub göndərdim ki, siz bu və ya digər şəkildə qərar qəbul etməli olacaqsınız və ya biz bunu danışıb müzakirə etməliyik, ya da İranın başına çox pis bir şey gələcək. Bunun baş verməsini istəmirəm. Üstünlük verdiyim odur ki, bunu İranla həll edək. Amma bu baş verməsə, İran çox pis nəticələrlə üzləşəcək”.