08 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib

Mart 29, 2025
Manşet
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.

Avropa.info xəbər verir ki, Şəfiqə Məmmədovanı salamlayan Prezident İlham Əliyev dedi:

– Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz. Hələ sovet dövründə siz həm Azərbaycan Respublikasının, həm Sovet İttifaqının dövlət mükafatlarına layiq görülmüsünüz. Müstəqillik illərində, 2000-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Ondan sonra da Azərbaycan dövləti sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirərək sizi ali mükafatlarla təltif etmişdir. Mənim Sərəncamımla siz “Şərəf”, Birinci dərəcəli “Əmək” ordenləri, Fəxri diplom ilə təltif olunmusunuz. Bu gün imzaladığım Sərəncam əsasında “İstiqlal” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu yüksək, ali mükafatı sizə təqdim edim.

Prezident İlham Əliyev “İstiqlal” ordenini Şəfiqə Məmmədovaya təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Şəfiqə Məmmədova: Çox sağ olun, minnətdaram, cənab Prezident.

Mən bu gün səhərdən təbii ki, həyəcan içindəyəm. Möhtərəm cənab Prezident, bu gün mənim həyatımın ən xoşbəxt, ən mənalı və nəticəli günlərindən biridir. Hörmətli cənab Prezident, bu gün Siz mənə elə bir zirvəni, elə bir qüruru bəxş etmisiniz ki, mən ömrümün axırına kimi Sizə minnətdar olacağam. Qoy Ulu Tanrı Sizi hifz eləsin, dövlətimiz üçün, xalqımız üçün, ailəniz üçün və bizim üçün qorusun. Allah Sizə o qədər güc-qüvvə versin ki, Siz bu böyük siyasətdə daha da yüksək zirvələri fəth edəsiniz.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.

Şəfiqə Məmmədova: Var olun. Xahiş edirəm, Sizə və gözəl Mehriban xanıma olan dərin ehtiramımı, hörmətimi, məhəbbətimi qəbul edəsiniz.

Prezident İlham Əliyev: Mehriban da sizə salamlarını çatdırır, özü də təbrik edəcək.

Şəfiqə Məmmədova: Çox sağ olsun, var olsun. Var olun cənab Prezident, adınız həmişə işıqlansın.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Şəfiqə Məmmədova: Minnətdaram, çox sağ olun.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Şəfiqə Məmmədova ilə bağı sərəncam imzaladi

Növbəti Yazı

Prezident Ərdoğanla Məsud Pezeşkian arasında telefon danışığı olub

XƏBƏR LENTİ

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
3
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
34
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
1
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
1
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
26
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
27
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
32
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
23
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
11
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
7
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
13
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
12
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
11
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
7
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
14
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
9
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
12
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
15
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
12
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
13
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
15
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
23
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

01 Noyabr 2025 / 16:24
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.