Dağıstanda öldüyü güman edilən qadın məsciddə vida mərasimi zamanı qəflətən dirilib.
Avropa.info yerli mediaya istinadla bildirir ki, qadın xəstələnib və huşunu itirib – yaxınları onun dünyasını dəyişdiyini düşünüblər. Meyiti yumaq üçün məscidə gətiriblər və o, burada gözlərini açıb.
Dirilən qadın xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, əvvəllər ona “Lazarus sindromu” diaqnozu qoyulub – bu, ürək dayanmasından sonra qan dövranının kortəbii bərpasıdır.