ABŞ-da federal hakim Bostonda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan türkiyəli tələbə Rümeysa Öztürk barəsində deportasiyanın dayandırılması barədə qərar çıxarıb.
Avropa.info xəbər verir ki, Massaçusets Bölgə Məhkəməsinin hakimi Denise Kasper Öztürkün vəkilinin məhkəməyə verdiyi ərizə əsasında yazılı qərarını açıqlayıb.
Kasper iki səhifəlik qərarında Öztürkün deportasiyasının “şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edildiyini iddia edən məhkəməyə müraciəti” yekunlaşana qədər dayandırılmasına qərar verib.
Qərarda hökumət tərəfdən lazımi müdafiəni aprelin 1-də günün sonuna kimi məhkəməyə təqdim etməsi istənilib.
Massaçusetsdəki Tafts Universitetində doktorantura pilləsində təhsil alan türkiyəli tələbə Rümeysa Öztürk martın 25-i axşam dostları ilə iftara gedərkən 6 maskalı ICE əməkdaşı tərəfindən saxlanılıb.
ABŞ dövlət katibi Marko Rubio Öztürkün tələbə vizasının ləğv edildiyini və deportasiya ediləcəyini açıqlayıb.
Rubio “Həmas tərəfdarları” və “dəlilər” (İsrailə qarşı) olaraq xarakterizə etdiyi 300-dən çox əcnəbi tələbənin vizalarının ləğv edildiyini bildirib.