Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli yazıçı Sabit Rəhmanın 115 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb
Avropa.info xəbər verir ki, bu gün görkəmli dramaturq, ssenaristi, Əməkdar incəsənət xadimi, Azərbaycan komediyasının banilərindən biri Sabit Rəhmanın 115 illik yubileyi qeyd edilir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sabit Rəhman – 115” adlı elektron məlumat bazasıvə eyniadlı virtual kitab sərgisi hazırlanıb. Elektron baza kitabxananın rəsmi
https://ryl.az/melumat-bazalari/Sabit_Rehman_el_melumat_bazasi/index.html yerləşdirilib.
Bazada Sabit Rəhmanın həyat və yaradıcılığı haqqında geniş məlumat, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Düşündürən komediyalar müəllifi” adlı məqaləsinin tam mətni təqdim edilir. Özündə Azərbaycan və rus dillərində məlumatları cəmləyən bazada görkəmli dramaturqun müəllifi olduğu əsərlərin, romanların, povest, oçerk, hekayə və məqalələrin siyahıları, tərcümələri, sözlərinə yazılmış notlar, librettolar, haqqında yazılan avtoreferatlar yer alır. Elektron bazada “Filmoqrafiya”, “İzonəşrlər”, “Foto və videoqaleraya” ilə yanaşı Sabit Rəhmanın ədəbi fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də təqdim edilir. Materialda dramaturqun gənclik illəri, ədəbi fəaliyyəti haqqında geniş məlumat verilir, əsərlərinin motivləri əsasında ekranlaşdırılan kino və tamaşalardan fraqmentlər sərgilənir. Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/sabit-rehman-115 virtual kitab sərgisində Sabit Rəhmanın müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların qısa annotasiyası nümayiş olunur.