Tovuzda dəm qazından zəhərlənmə olub.
Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
İxtisasca həkim olan K.Əmrahovanın Bakıda yaşaydığı, rayona atasıgilə qonaq gəldiyi məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.