Çində yerləşən elektrikli avtomobil istehsalçısı BYD-dən sonra başqa bir avtomobil istehsalçısı Chery də Türkiyəyə 1 milyard dollar sərmayə qoyacaq. Marka Samsunda qurulacaq müəssisələrdə yeni nəsil elektrik avtomobilləri və onların hissələrini istehsal edəcək.
Avropa.info xəbər verir ki, Çinin qabaqda gələn avtomobil markalarından biri olan Chery, Samsunda qurulacaq illik 200 min tutumlu müəssisələrində yeni nəsil elektrik avtomobilləri və hissələri istehsal edəcək.
Ar-Ge mərkəzində qurulması planlaşdırılan layihə, ümumilikdə 1 milyard dollar sərmayə ilə 5 mindən çox insanın məşğulluğunu təmin edəcək .
BYD-dən böyük investisiya
Çinin BYD şirkəti ilə Sənaye və Texnologiya Nazirliyi arasında Türkiyəyə investisiya üçün 1 milyard dollarlıq müqavilə imzalanıb .
Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollar sərmayə ilə illik 150.000 avtomobil tutumu olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi və davamlı mobillik texnologiyaları üçün Ar-Ge mərkəzi qurması gözlənilir. 2026-cı ilin sonunda istehsala başlaması planlaşdırılan obyektdə 5 min nəfərə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.