Gəncədə bir qadının bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, hadisə mağazalardan birinin qarşısında qeydə alınıb.
Belə ki, 40 yaşlı K.Quliyeva bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, qadını tanıdığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır