Soyqırımçı İsrailin dünən səhər saatlarından etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində aralarında uşaqların da olduğu ən azı 22 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
Avropa.info-nun məlumatına görə İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin müxtəlif bölgələrinə təşkil etdiyi üç hava zərbəsi nəticəsində 9 fələstinli ölüb, bir neçəsi yaralanıb.
İsrailin Qəzza şəhərinin ət-Tuffah və Əl-Zeytun məhəllələrinin şərq hissələrinə təşkil etdiyi hava hücumlarında 13 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
Qəzzada Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 49 min 747 fələstinlinin öldüyü, 113 min 213 nəfərin isə yaralandığı bildirilib.
Atəşkəs və HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəs rejimini pozmağa davam edir.