İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.
Avropa.info xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvətxorluq”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “qanunsuz olaraq ələ keçirmə” ittihamları ilə açılan araşdırmalar davam edir.
Polis bölməsindəki əməliyyatların ardından bəzi şübhəlilər Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edildi və onların növbətçi sülh cəza hakimliyindəki prosedurları tamamlandı.
Hakimlər İBB sədri İmamoğlunun həbsinə qərar verib.
Ədliyyədə digər şübhəlilərin barəsindəki proses davam edir.