Yunanıstana qaçmağa cəhd edən terror təşkilatı PKK üzvü Ədirnədə saxlanılıb.
Avropa.info xəbər verir ki,Təhlükəsizlik qüvvələri terror təşkilatı PKK üzvü olduğu müəyyən edilən O.S.-ni qadağan olunmuş hərbi bölgədə keçirdikləri əməliyyat zamanı Yunanıstana keçmək istəyərkən yaxalayıb.
“Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olan şübhəlinin barəsində jandarm tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.