CHP sədri Özgür Özelin küçə çağırışından sonra başlayan hadisələrdə İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya istintaqına qarşı çıxan qrupların hücumları nəticəsində 16 polis yaralanıb. Nümayişlər zamanı 53 nəfər barəsində tədbir görülüb.
Avropa.info xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun terror və korrupsiya ittihamı ilə saxlanılması ilə bağlı istintaq davam edir.
İmamoğlunun saxlanmasından sonra CHP sədri Özgür Özəl Saraçhanedə bələdiyyə binası qarşısında keçirilən mitinqdə küçələrə çıxmağa çağırıb.
Bu çağırışdan sonra İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya araşdırmasına qarşı çıxan qruplar polisə hücum edib.
Daxili işlər naziri Əli Yerlikaya bu hücumlarda 16 polisin yaralandığını açıqlayıb.
Bundan başqa, nümayişlərdə 2199 saylı qanunu pozmaq, ictimai əmlaka zərər vurmaq, xidməti vəzifələrini yerinə yetirməyə müqavimət göstərməkdə günahlandırılan 53 nəfərə qarşı cinayət işi açılıb.
326 şübhəli hesab meneceri müəyyən edilib
Yerlikaya açıqlamasında bəzi sosial media hesabları vasitəsilə “İctimai nifrət və düşmənçiliyə sövq etmək” və “cinayətə təhrik” cinayətləri çərçivəsində 72-si xaricdə olmaqla ümumilikdə 326 şübhəli hesab idarəçisinin müəyyən edildiyini bildirib.
Kibercinayətkarlıqla Mübarizə İdarəsi və Təhlükəsizlik Departamentinin koordinasiyalı işi nəticəsində 54 şübhəlinin tutulduğunu ifadə edən Yerlikaya, digər şübhəlilərin tutulması üçün işlərin davam etdiyini qeyd etdi.
“Mübarizəmiz qətiyyətlə davam edir”
Yaralanan polis məmurlarına şəfa diləyən Yerlikaya, “Qəhrəman polislərimiz millətimizin əmin-amanlığı və təhlükəsizliyi üçün gecə-gündüz xidmətdədir. Kiber Cinayətlərə Qarşı Mübarizə Başçılığımız qanunun verdiyi səlahiyyət çərçivəsində cinayət və cinayətkarlarla mübarizəsini qətiyyətlə davam etdirir”