Londonun Hitrou hava limanı ərazidəki elektrik yarımstansiyasında baş verən yanğın və ardınca yaranan fasilə səbəbindən bu gün gecə yarısına qədər bağlı olacaq.
Avropa.info-nun məlumatına görə Aeroportdan verilən açıqlamada bildirilir ki , hava limanını qidalandıran elektrik transformator mərkəzində yanğın baş verdikdən sonra bu gün gecə yarısına qədər bağlanıb.
Bütün sərnişinlərə hava limanına getməmələri tövsiyə edilən açıqlamada əlavə edilib: “Sərnişinlərimizin və həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün Heathrow 21 mart saat 23.59-a qədər bağlı olacaq.” ifadələrdən istifadə edilmişdir.
Hitrou hava limanının bağlanması Londonun qərbindəki elektrik yarımstansiyasında baş verən yanğının bir çox evi işıqsız qoymasından sonra baş verib.