Bakıda evdə yanğın olub.
Avropa.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb