Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu “Novruz çərşənbələri ” adlı master-klass təşkil olunub.
Avropa.info xəbər verir ki, master-klasda “EDUGRATA” tədris mərkəzinin müəllimi Şəbnəm Nəbiyevanın tələbələri iştirak edib.
Master-klası ADRA – nın müəllimi Zinaida Mirzəzadə aparırdı. Gənc rəssamlar gildən hazırlanmış yaz mövzusunda fiqurlar üzərində rəngkarlıq texnikasının sirlərin öyrəniblər. Master-klası açıq elan edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçılara uğurlar arzulayıb.
Sonda iştirakçılara diplom və kiçik hədiyyələr təqdim olunub, xatirə fotoları çəkilib.
Aygün Oqtay
Fotolar Ayazındır