Mozambik və Malavidə “Jude” tropik siklonu nəticəsində 9 nəfər ölüb. Mozambikin Milli Fəlakətlərin İdarə Olunması İnstitutu Jude siklonunda 6 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
Bildirilib ki, Nampula, Niasa və Zambeziya bölgələrində 9525 nəfər qasırğa nəticəsində evlərini tərk edib .
Avropa.info-nun məlumatına görə Malavidə səlahiyyətlilər siklonda 3 nəfərin öldüyünü, siklonun gətirdiyi şiddətli yağışlar səbəbindən 20 min insanın evsiz qaldığını açıqlayıb.
Malavi Fəlakətlərin İdarə Edilməsi Departamenti evsiz qalanların təxliyə mərkəzlərinə aparıldığını bildirib