Kürdəmir sakinini qatar vuraraq öldürüb.
Avropa.info xəbər verir ki, hadisə axşam saat 8 radələrində rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
44 yaşlı kənd sakini Famil Bağırov dəmir yolunu keçmək istəyərkən onu qatar vurub.
Ağır xəsarətlər alan F. Bağırov hadisə yerində dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Mərhum Famil Bağırov iki uşaq atası idi.
Faktla bağlı araşdırma aparılır