Mingəçevir şəhər Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəbdə nələr baş verir? Məktəbdə baş verənlərə rəsmilər niyə reaksiya vermirlər? İndiki direktor keçmiş direktorun əməllərini niyə ört-basdır etmək istəyir? Redaksiyamıza daxil olan şikayəti oxuduqca Azərbaycan təhsilinin mövcud durumuna üzülməmək əldə deyil. Hazırkı bələdiyyə sədri, keçmiş məktəb direktorunun etdikləri… Biz ən doğrusu fikir bildirmədən şikayəti olduğu kimi təqdim edək.
Avropa.info həmin şikayəti olduğu kimi təqdim edir:
Salam, Cənab nazir. Mən Məmmədova Könül İntiqam qızı Mingəçevir şəhər Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəbdə 19 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Özüm üçüncü qrup əliləm. Sizə keçmiş direktor, hazırda bələdiyyə sədri olan Anar İsmayılovdan şikayətim var.
Biz Azərbaycan Dili və ədəbiyyat müəllimləri olaraq Anar İsmayılovun bizə rəhbərlik etdiyi 12 il ərzində hər zaman dərs saatları ilə bağlı əziyyət çəkmişik. Hər il xahiş etmişik ki, heç olmasa dərnək, məşğələ saatları olsun və bizim rifah halımız biraz yaxşılaşsın.
Anar İsmayılov “Balam ölsün dərnək yoxdur deyərək” bizi bu il və bundan əvvəlki illər başından edib.
Keçmiş direktor bu il 26 fevral 2025-ci il tarixində məktəbdən gedərkən məlum oldu ki, məktəbdə dərnək saatları var imiş və bəzi müəllimlərin adına yazılıb pulu direktor tərəfindən məmimsənilirmiş. Biz hamımız şahidik ki, məktəbdə dərnək saatları tədris olunmayıb. Bəli, bizim haqqımız tapdanıb. Fənn müəllimləri olaraq biz artıq bunu bildik. Bu haqda məlumat aldığım gün mən şikayətimi Mingəçevir şəhər təhsil sektoru rəhbərliyinə bildirdim. İki həftədən çoxdur ərizə ilə müraciət etmişəm. Ancaq heç bir tədbir görülməyib, məni çağırıb bir kəlmə belə soruşmayıblar. Şikayət etdiyim gündən direktor həvaləsi Niyar Əhmədova tərəfindən mobinqə məruz qalıram, hansı ki Niyar Əhmədova işlədiyi bu illər ərzində Anar İsmayılovun pul yığanı olub.
Keçmiş Direktor Anar İsmayılov
İndiki direktor Nigar Əhmədova
Otaq pulu, fond pulu, hər icazə pulu və s. Siyahı kifayət qədər zəngindir . Nəzərinizə çatdırım ki , mənimsənilən dərnək və məşğələ saatlarına da rəhbərliyi sinifdənxaric və məktəbdənkənar təşkilatçı Niyar Əhmədovada olub. Belə bir şəxsin bizə rəhbər təyin edilməsinə etiraz etdiyim üçün martın 5-i axrıncı 2-ci saat dərsdən şəxsən Niyar Əhmədovadan icazə aldığım halda qərəzli şəkildə təhsil sektoruna təqdimat yazıb.
Mənim, təlim -tərbiyə işləri üzrə direktor müavinin və digər bir həmkarımız haqqında qərəzli akt tərtib edib. Cənab nazir xahiş edirəm bu məsələni araşdırın bizə kömək edin. Çünki Mərkəzi Aran Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru bütün bunlardan xəbəri olduğu bu aylar və illər ərzində heç bir tədbir görməyiblər.
Nəzərinizə çatdırım ki, 2022-2023-cü ildə Mingəçevir şəhər prokrorluğunda Anar İsmayılovun qanunsuz əməlləri araşdırıldı, məktəbdən mənimsədiyi inventar və digər pozuntulara görə dövlət büdcəsinə on min manatdan çox pul ödəmişdi, lakin Region və Sektor səviyyəsində bir addım atılmadı”.
Əlavə olaraq qeyd edək ki, bir müddət əvvəl
Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Bəşirova Elm və Təhsil naziri Emin Əmrullayevə şikayət edib.
Həmin müraciəti əlavə olaraq təqdim edirik
Bildirim ki, Nigar Əhmədova Diaqnostik və MİQ imtahlarının heç birində iştirak etməyib. Necə olur ki MİQ imtahanından keçən TTİDM imtahanından region üzrə ən yüksək bal və müsahibə balı toplayan Təlim-Tərbiyyə işləri üzrə direktor müavini olaraq, mən kənarda qalıram, amma bu vəzifə heç bir tələbə cavab verməyən adama verilir?
Nigar Əhmədova təşkilatçıdır. Mən isə yüksək balla gəlmiş və demək olar ki bir ildiki, kifayyət qədər uğurlu fəaliyyət göstərən Təlim-Tərbiyyə işləri üzrə ditektor müaviniyəm.
Ayın 24-ü məni sektora çağıraraq, həvalə üçün ərzəmi alırlar. Həvalə ilə bağlı cədvəl göndərirlər ki, təcili doldurub, göndərin. Axşam isə sektor müdiri zəng vurur ki, sizə tapşırılası olmadı.
Cənab nazir!
Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyinin və bu prosesdə qanunsuzluq edən şəxslərin barəsində ölçü götürəsiniz.
Avropa.info Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Baş Redaktor Şirvani Hümmetoglu
Avropa.info