Dünyanın yaxından izlədiyi Qrenlandiya seçkiləri müstəqillik müzakirələri və ABŞ-ın artan marağı fonunda baş tutacaq. Ada sakinləri dünya siyasətinin getdikcə mürəkkəbləşdiyi bir vaxtda seçkiyə getməyə hazırlaşır.
Avropa.info-nun məlumatına görə ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın alınması ideyasını ifadə edərək, bu prosesin hərbi və iqtisadi vasitələrlə həyata keçirilməsinin mümkünlüyündən danışdığı üçün seçkilər beynəlxalq aləmdə geniş təsir bağışladı .
Tramp keçən həftə Konqresə deyib ki, Qrenlandiyanı “bu və ya digər şəkildə” ABŞ-a birləşdirəcək. Daha sonra o, birbaşa ada sakinlərinə müraciət edərək, ABŞ-la birlikdə hərəkət etsələr, milyardlarla dollar investisiya və iqtisadi rifah vəd etdi.
Müstəqillik müzakirələri və Danimarkanın narahatlıqları
Qrenlandiya Danimarka Krallığının muxtar bölgəsi kimi idarə olunur . Lakin son illərdə müstəqillik tərəfdarı olan siyasi hərəkatlar güclənməkdədir. Xüsusilə ABŞ-la münasibətlərin möhkəmlənməsinin tərəfdarı olan Naleraq Partiyasının seçki uğuru Danimarkanın Qrenlandiya üzərində nəzarətini daha da zəiflədə bilər.
Qrenlandiyanın baş naziri və İnuit Ataqatigiit (İA) Partiyasının lideri Mute B Egede Trampın açıqlamalarına “Dünya nizamı çoxsaylı böhranlarla sarsılır və ABŞ-da gözlənilməz bir lider var. Biz Qrenlandiya xalqı hörmətə layiqik” deyib.
Qrenlandiya xalqı nə deyir?
Qrenlandiyalılar ABŞ-la münasibətləri yaxşılaşdırmaq ideyasına açıq olsalar da, Tramp administrasiyasının Qrenlandiyaya “əmtəə” kimi baxmasından qəzəblənirlər. Qrenlandiyanın Təbii Sərvətlər Naziri Naaja Nathanielsen Trampın Qrenlandiya ilə bağlı şərhlərini “vulqar və yersiz” adlandırıb.
Gənc seçici Aviâja Korneliussen, ” ABŞ-ın öz yerli xalqına etdiklərini nəzərə alaraq, ABŞ-la tərəfdaşlıq mövzusunda ziddiyyət hiss edirəm. Amma mən Danimarkadan daha müstəqil olmaq istəyirəm” dedi.
Gələcəklə bağlı qeyri-müəyyənliklər
Qrenlandiyanın seçkilərdən sonra müstəqilliyə doğru sürətlə hərəkət edib-etməyəcəyi və onun yeni liderlərinin ABŞ-la münasibətlərə necə yanaşacağı hələ də aydın deyil. Amma həqiqət budur ki, Qrenlandiyada seçkilər təkcə ada sakinləri üçün deyil, həm də ABŞ, Avropa və Danimarka üçün kritik dönüş nöqtəsi olacaq.