Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.
Avropa.info xəbər verir ki, bununla bağlı “Kyiv İndependent” məlumat yayıb.
Bildirilib ki, görüş Vaşinqtonun Kiyevə gələcək dəstəyinə və Rusiya-Ukrayna müharibəsini sona çatdırmağa böyük təsir göstərəcək.
Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, Zelenskinin baş qərargah rəisinin müavini Pavlo Palisa və müdafiə naziri Rustem Umerov təmsil edir.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts başçılıq edir .