ABŞ-nin Florida ştatında 38 il əvvəl həbsxanadan qaçan şəxs tutulub.
Avropa.info “ABC News” telekanalına istinadən xəbər verir ki, Xorxe Mia-Valdez 1987-ci ildə Puerto Rikoda həbsxanadan qaçıb.
O, həmin vaxtdan bəri başqa ad altında yaşayıb.
Həbs olunan kişi deyib ki, polis onu iki dəfə saxlayıb. Lakin hüquq-mühafizə orqanlarına “lazım olmadığına” görə buraxılıb.
Üçüncü dəfə isə Mia-Valdez həbs olunub. Məlumata görə, yerli polis 1986-cı ildə çəkilən barmaq izləri ilə müqayisə apararkən, cinayətkarı yaxalayıb.