8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Zərif duyğular” adlı sərgi YAP Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə təşkil olunub.
Sərgidə müxtəlif yaş qrupundan olan 150 rəssam iştirak ediblər.
Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sərgidə iştirak edən xanımları təbrik edib, xoşbəxtlik arzulayıb.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında Azərbaycan xanımlarının fədakarlığından söz açıb, rəssam xanımları təbrik edib, onların hər birinə cansağlığı və uğurlar arzulayıb .
Sərgidə iştirak edən rəssamlar fəxri fərmanlar və plaketlərlə təltif olunublar.
Sonda xatirə fotoları çəkilib.