02 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Hikmət Hacıyev: “Görünən odur ki, bu proses Ermənistanın siyasi rəhbərliyini ciddi narahat edir”

Mart 8, 2025
Manşet
A A

“Azərbaycanda 1991-2023-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi kimi çoxsaylı ağır cinayətlər, o cümlədən insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə, habelə SSRİ-nin son illərində həyata keçirilən qanunsuz fəaliyyətlərdə ittiham olunan şəxslərə qarşı məhkəmə prosesi davam etdirilir”.

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat bu barədə açıqlamasını “Cinayət və Cəza!” başlığı ilə yazıb:

“Prosesdə Ermənistanın hərbi təcavüzü və işğalına görə dövlətin məsuliyyət daşıması, habelə onun siyasi-hərbi rəhbərliyi və agentlərinin cavabdehliyi ilə bağlı mühüm faktlar aşkar edilib.

Görünən odur ki, bu proses Ermənistanın siyasi rəhbərliyini ciddi narahat edir, onları Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmənin əleyhinə yeni təbliğat kampaniyası başlatmağa sövq edir. Ümid edirik ki, Ermənistan digər beynəlxalq hüquqi öhdəlikləri ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi bu kontekstdə törədilmiş təcavüz aktına, hərbi cinayətlərə və digər ağır cinayətlərə görə məsuliyyətini etiraf edir.

Ermənistan hökuməti məhkəmə prosesinin əleyhinə lüzumsuz təbliğat aparmaq əvəzinə, keçid dövrünün ədalətinin və regionda davamlı sülhün bərpasına kömək etmək üçün məhkəmə prosesi ilə əməkdaşlıq etməlidir. Sülh üçün əsl niyyət və Azərbaycanla münasibətlərdə yeni başlanğıc, digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini etiraf etməyə və hərbi cinayətlərdə ittiham olunanları, xüsusən də hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdiriləcək.

Lakin Ermənistan cinayətlərinin zaman keçdikcə unudulacağına və ya yox olacağına inanırsa, çox böyük səhv edir. Populist ritorika yox, ədalət və sülh üçün real addımlar lazımdır.

Bununla əlaqədar olaraq, mən Ermənistanın siyasi rəhbərliyini, məhkəmə orqanlarını və beynəlxalq tərəfdaşlarını BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi olaraq dərc etdiyi 2019-cu il “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında hesabat” (A/74/676 – S/2020/90) ilə tanış olmağa dəvət edirəm.

Azərbaycan Ermənistanın hərbi təcavüzünə hərbi-siyasi vasitələrlə uğurla son qoyduğu kimi, indi də təcavüzün günahsız qurbanlarının hüquqlarının təmin edilməsi, ədalətin bərqərar olması, hərbi təcavüzdə, insanlıq əleyhinə cinayətlərdə və hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin və dövlətin məsuliyyətə cəlb edilməsində unikal məhkəmə təcrübəsi nümayiş etdirir.

Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlərin, müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyət üçün mühüm presedent rolunu oynayır.

Yuxarıda qeyd olunan müstəqil və qərəzsiz hüquqi hesabatdan nəticələrdən çıxarışlar:

a. Ermənistan törətdiyi hərbi cinayətlərə görə dövlət məsuliyyətinin beynəlxalq hüququna uyğun olaraq məsuliyyət daşıyır;

b. Bu cür məsuliyyətə onun agentləri və vəzifəli şəxsləri və birbaşa göstəriş əsasında cavabdeh hesab edilməli olan şəxslər daxildir;…..”

Əvvəlki Yazı

Rusiya Rövşən Əsgərovu terrorçu kimi axtarışa verdi

Növbəti Yazı

Şəmkirdə 19 yaşlı gənc dərmandan zəhərlənərək ölüb

XƏBƏR LENTİ

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
13
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
10
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
22
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
27
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
9
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
16
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
33
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
19
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
26
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

30 İyun 2025 / 13:03
19
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakınin Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

30 İyun 2025 / 12:57
41
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

30 İyun 2025 / 10:23
24
Serbiyada etirazlar səngimir, küçələr bağlanır

Serbiyada etirazlar səngimir, küçələr bağlanır

30 İyun 2025 / 9:05
35
Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

30 İyun 2025 / 8:56
49
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

30 İyun 2025 / 8:49
37
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

30 İyun 2025 / 8:34
67
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

30 İyun 2025 / 8:19
61
Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

30 İyun 2025 / 8:10
15
Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

30 İyun 2025 / 7:50
57
Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

29 İyun 2025 / 16:19
21
Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

29 İyun 2025 / 16:03
37
Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

29 İyun 2025 / 12:45
32
İsrail Livanın cənubunu hədəfə alıb

İsrail Livanın cənubunu hədəfə alıb

29 İyun 2025 / 8:45
29
Avstriyada Fələstinə dəstək nümayişi -Foto

Avstriyada Fələstinə dəstək nümayişi -Foto

29 İyun 2025 / 8:31
36
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

28 İyun 2025 / 18:51
16
Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

28 İyun 2025 / 13:37
5
Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində olan hadisənin detalları ilk dəfə açıqlandı: Qətl, kişi və qadınlara işgəncə, 70 nəfərin həbsi olunmasi

28 İyun 2025 / 13:32
49
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.