Çili Milli Seysmoloji Mərkəzinin (CSN) məlumatına görə, episentri ölkənin Antofaqasta bölgəsindəki Sierra Qorda şəhəri olan 6 bal gücündə zəlzələ yerli vaxtla saat 13:21-də 96 kilometr dərinlikdə baş verib.
Avropa.info xəbər verir ki, Zəlzələdən sonra sunami xəbərdarlığı verilməsə də, ilkin məlumatlarda can və ya mal itkisi qeydə alınmayıb.
Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Çili “Od halqası” kimi də tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir .
2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.