Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimindən əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
Avropa.info xəbər verir ki, Nazir Bayraktar görüşün təfərrüatlarını sosial media hesabında paylaşıb.
Bayraktar İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimindən əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündən sonra sahədə yoxlamalar apardıqlarını bildirib .
Nazir Bayraktar azərbaycanlı həmkarı ilə görüşündə enerji sahəsində strateji əməkdaşlıq və birgə layihələrin qiymətləndirildiyini bildirib.
Bayraktar paylaşımında bu sözləri deyib:
“İki Dövlət, Bir Millət anlayışı ilə enerji sahəsində əməkdaşlığımızı davam etdiririk”
“Türkiyə və Azərbaycan “İki Dövlət, Bir Millət” anlayışı ilə hərəkət edərək, enerji sahəsində güclü əməkdaşlığa imza atmağa davam edir. İnanıram ki, bu tərəfdaşlıq İğdır-Naxçıvan Təbii Qaz Kəməri ilə daha da güclənəcək”.