Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.
Avropa.info xəbər verir ki, Türkiyənin Kommunikasiyalar üzrə Direktor Fahrettin Altunun verdiyi məlumata görə, Prezident Kompleksində keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımların , eləcə də cari regional və qlobal hadisələrə dair fikirlərin müzakirə olunacağı gözlənilir.
İğdır-Naxçıvan Təbii Qaz Kəməri açılacaq
Səfər münasibətilə 25 sentyabr 2023-cü ildə təməli Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək.