Xarici İşlər Nazirliyi soyqırım törədən İsrailin Qəzzaya humanitar yardımların daxil olmasını əngəlləmək qərarını pisləyib.
Avropa.info xəbər verir ki, İsrailin Qəzzaya humanitar yardımların daxil olmasını əngəlləmək qərarını qınayırıq. İsrail hökumətinin Fələstin xalqının əsas ehtiyacları olan mallara çıxışını rədd etməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, – nazirliyin bəyanatında deyilir.
Bəyanatda həmçinin qeyd olunub:
Fələstin xalqını kollektiv şəkildə cəzalandırmaq məqsədi daşıyan bu təcrübə Qəzzada atəşkəsin qalıcı olması səylərini də təhdid edir. Beynəlxalq ictimaiyyət Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması və İsrailin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təcili tədbirlər görməlidir.