Türkiyə ilə Böyük Britaniya arasında Suriya üzrə diplomatik məsləhətləşmələr bu gün Ankarada keçiriləcək. Görüşdə Suriyada təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyət müzakirə olunacaq. Xarici işlər nazirinin müavini Nuh Yılmazın məsləhətləşmələrdə Türkiyənin Suriya ilə bağlı fikirlərini və gözləntilərini çatdırması gözlənilir.
Avropa.info-nun məlumatına görə Suriyanın yenidən qurulması üçün atılacaq addımlar qiymətləndiriləcək. Ölkənin iqtisadi inkişafı üçün ilkin şərt qoyulmadan sanksiyaların ləğvi gündəmə gətiriləcək.
Ankarada Türkiyə və Böyük Britaniya Suriya ilə bağlı məsləhətləşmələr aparacaq .
Məsləhətləşmələrə xarici işlər nazirinin müavini Nuh Yılmaz və xarici işlər naziri, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Hamiş Falkoner rəhbərlik edəcək .
Suriya başda olmaqla ortaq gündəmdə olan regional məsələlər müzakirə olunacaq. Nazir müavini Yılmazın Türkiyənin Suriya ilə bağlı fikirlərini və gözləntilərini çatdırması gözlənilir.
Məsləhətləşmələr beynəlxalq ictimaiyyətin Suriyada milli barışığı təşviq etmək üçün atılan addımları dəstəkləməsinin vacibliyini vurğulayacaq . Suriyanın yenidən qurulması və iqtisadi inkişafı üçün ilkin şərt qoyulmadan sanksiyaların ləğvinin zəruriliyi gündəmə gətiriləcək.
Suriyanın gələcəyində terrora yer olmadığı vurğulanacaq. İsrailin Suriyanın suverenliyini pozan və təhdid edən hərəkətləri müzakirə olunacaq. Bu aksiyaların dayandırılmasına diqqətin yönələcəyi gözlənilir.