Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yanğın hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, ölkəyə idxal olunan yeni avtomobilləri daşıyan nəqliyyat vasitəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən unikal.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.