Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb.
Avropa.info xəbər verir ki, bu haqda “RBC-Ukraina” məlumat yayıb.
Bildirilir ki, görüş zamanı o, Zelenskiyə Böyük Britaniyanın tam dəstək göstərəcəyini təsdiqləyib.
Ukrayna rəhbəri öz növbəsində Britaniyaya minnətdarlığını bildirib və Kiyevin onların dəstəyinə ümid etdiyini deyib:
“Mən sizə, Böyük Britaniya xalqına, bu müharibənin əvvəlindən belə böyük dəstəyə görə təşəkkür etmək istəyirəm, sizə, komandanıza təşəkkür edirəm”.
