Lökbatan qəsəbəsində kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Avropa.info DİN-ə istinadla xəbər verir ki, qumar oyunlarını təşkil edən obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər saxlanılıb.
U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.
Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.