07 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Xocalı soyqırımı – insanlığa qarşı cinayət

Fevral 25, 2025
Gündəm
A A

XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıya hücum edən ermənilər şəhərin sakinlərini məhz milli mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə soyqırımına məruz qoymuşlar. Aradan onilliklər, əsrlər ötəcək, amma Xocalı yarası xalqımızın qəlbindən heç vaxt silinməyəcək.

Hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Xocalıda baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınması, eləcə də beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasıdır. Birinci istiqamət üzrə artıq müsbət nəticələr var. Belə ki, erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərin, «Azərbaycanlıların soyqırımı haqqında» Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə qarşıya qoyulan vəzifələrin icrasının, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və digər bu kimi tədbirlərin nəticəsi olaraq 17 dövlətin milli qanunvericilik orqanı, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın 22 ştatı Xocalı hadisələrini soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər.

Əlbəttə ki, bu cür beynəlxalq tədbirlər, simpoziumlar, konfranslar da Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasında böyük rol oynayır. “Dinməyən acı: Xocalı soyqırımı” uluslararası simpoziumunun keçirilməsinə və dəvətə görə mən də bütün təşkilatçılara təşəkkür edirəm.

Xocalıda baş verənlərin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasına gəldikdə isə bunun üçün kifayət qədər hüquqi əsaslar var. Bu xüsusda öncə onu qeyd etmək istərdim ki, Xocalıda dinc və mülki azərbaycnlı əhaliyə qarşı törədilmiş cinayətin istintaqı, bu cinayətin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib hüquqi məsuliyyətə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən mülki azərbaycanlı əhali əvvəlcədən planlaşdırılmış şəkildə güllələnərək qətlə yetiriliblər. Ən dəhşətlisi budur ki, həmin vaxt hətta yaşlılar və uşaqlar ən qəddar üsullarla qətlə yetiriliblər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalıda törətdiyi qətliamın kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aydın göstərir.

Bir məsələni də hər zaman xüsusi qeyd etməliyik ki, ermənilərin azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətlərinin tarixi daha qədimdir. Ermənilərin XX əsrin əvvələrində Qərbi Azərbaycanda, Naxçıvanda Qarabağda, Gəncədə, Qubada, Bakıda, Şamaxıda və digər ərazilərimizdə azərbaycanlılara qarşı törətdikləri qətliamları, eləcə də azərbaycanlıların 1948-1953 və 1988-1991-ci illərdə indiki Ermənistan adlanan tarixi Azərbaycan ərazilərindən deportasiyaları zamanı məruz qaldıqları cinayətləri soyqırımı kimi tövsif etmək üçün yetərincə fakt və əsaslarımız var. Ümummilli Lider Heydər Əliyevin imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanda və bu Fərmandan irəli gələrək qəbul edilmiş digər normativ aktlarda, toplanmış arxiv materiallarında ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımının bütün detalları faktlarla öz əksni tapır. Müasir tarixdə isə azərbaycanlılara qarşı eyni tərkibli cinayət hadisələrini erməni silahlı birləşmələri ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayounun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Xocalı rayonunun Ballıqaya, Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin də işğalı və etnik təmizlənməsi zamanı törədiblər. 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə və Tərtər şəhərlərinin davamlı olaraq ağır ballistik raketlər və qadağan olunmuş silahlardan atəşə tutulması da sıradan müharibə cinayəti deyildi, bu həm də Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi növbəti soyqırımı idi.

Sadaladığım bütün hadisələrin hüquqi araşdırılması təsdiq edir ki, erməni silahlı birləşmələri bu hadisələr zamanı 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməlləri törətmişlər.

Bu Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası tam təsbit olunmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətlərdir. Konvensiyasının 3-cü maddəsinə görə isə soyqırımı törədənlər, soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə aparanlar, soyqırımı törətməyə birbaşa və açıq təhrik edənlər, soyqırımı törətməyə yönəlmiş qəsdin iştirakçıları və soyqırımında iştirak edənlər cəzalandırılmalıdır.

Göründüyü kimi «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ermənilərin Xocalı və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı cinayətlərini soyqırımı kimi tövsif etməyə tam imkan verir. Yeri gəlmişkən Ermənistan da BMT-nin sözügedən Konvensiyasına qoşulub. Deməli, Konvensiyanın yurisdiksiyası altında olduğundan Beynəlxalq Məhkəməyə verilmək üçün tələb olunan subyektivliyə malikdir. Bu baxımdan «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya bizim istinad etdiyimiz ən mötəbər beynəlxalq sənəddir.

“Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası da ermənilərin mülki azərbaycanlılara qarşı cinayət əməllərini soyqırımı kimi tövsif etməyə imkan verir. Belə ki, bu Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi qadağandır. Lakin təkcə Xocalıda 1275 nəfər mülki azərbaycanlını girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdiriblər.

Göründüyü kimi ermənilər tərəfindən Xocalıda və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş hərəkətlərin motivi onların beynəlxalq hüquq tərəfindən soyqırımı kimi tövsif olunmasına tam imkan verir.

Bu konvensiyalarla yanaşı Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yaqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi, Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi, Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi Xocalı hadisələrinə soyqırımı kimi qiymət vermək üçün istinad ediləcək bir çox beynəlxalq hüquq normalarıdır. Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirmişdir.

Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xocalı faciəsi xalqımızın qəlbində əbədi qübar bağlayıb. Amma bizə təsəlli verən odur ki, Xocalı artıq azaddır. Eyni zamanda 44 günlük müharibədə və antiterror tədbərlərində qazandığımız hərbi zəfərlərlə həm də Xocalı şəhidlərinin qisası alınıb, onların qanı yerdə qalmayıb. Artıq bir ildir Xocalının əzəli sakinləri öz doğma şəhərlərinə qayıdıblar. Artıq Xocalıda həyat yenidən qaynayır, şəhər yenidən dirçəlir. Cəmi bir neçə əvvəl isə Xocalıda 33 ildən sonra ilk körpə dünyaya gəlib. Ona görə həm də Xocalıda şəhidlərinin ruhu artıq rahatdır…

Onu qeyd etmək istərdim ki, Prezident İlham Əliyev cənablarının qətiyyətli siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərində erməni separatizminə son qoyulmasından və bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsindən sonra Ermənistanın respublikamıza qarşı hərbi cinayətlərinin daha dərindən araşdırılaraq onlara siyasi-hüquqi qiymətin verilməsi və bununla bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün yeni tarixi reallıqlar formalaşmışdır. Eyni zamanda xalqımıza qarşı həyata keçirilmiş müharibə cinayətlərinin də beynəlxalq məhkəmələr tərəfindən soyqırımı kimi tanınması üçün yeni imkanlar yaranmışdır. Diqqətinizə çatdırmaq istərdim ki, hazırda Bakıda Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi gedir. Hansı ki, onlar həm də Azərbaycana xalqına qarşı soyqırımı törətməkdə təqsirləndirilirlər. İnanırıq ki, bu məhkəmə prosesi Xocalıda, Qaradağlıda, Başlıbeldə, Ağdabanda və Bağanıs Ayrımda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamların Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırımı cinayəti kimi tanınmasında və Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunmasında mühüm rol oynayacaqdır. Əminik ki, torpaqlarını işğaldan azad edən, Qarabağda erməni separatçılığına son qoyan, erməni cəlladlarını həbs edərək məhkəməyə çıxaran güclü və qətiyyətli Azərbaycan buna da nail olacaqdır.

Səbinə Salmanova,
Milli Məclisin deputatı

Əvvəlki Yazı

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb

Növbəti Yazı

“Ağsu” mehmanxanasının fəaliyyəti dayandırıldı – Foto

XƏBƏR LENTİ

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
71
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
69
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
93
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
15
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
31
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
8
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
5
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.