Ötən gün Bakının Nizami rayonunda kirayə qalan şəxslər arasında bıçaqlanma hadisəsi baş verib.
Avropa .info xəbər verir ki, hadisə rayonun B.Nuriyev küçəsi ev 75A ünvanında qeydə alınıb.
Belə ki, Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.
Nəticədə R. İsmayılov hər iki şəxsə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində CM-nin 126.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub