28 - 10 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatla çıxış etdilər

Fevral 24, 2025
Manşet
A A

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

Avropa.info xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyev deyib:

Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.

Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib.

Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.

İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir.

Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.

Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.

Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim – istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.

Beləliklə, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.

Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Mən ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, biz Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq. Bir daha xoş gəlmisiniz.

Sonra Pakistan İslam Respublikasının Baş naziri mətbuata bəyanatla çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərif deyib:

-Çox sağ olun, əziz qardaşım Prezident İlham Əliyev.

Azərbaycan və Pakistan nümayəndə heyətlərinin hörmətli üzvləri, xanımlar və cənablar.

Əssalamu əleykum, hər vaxtınız xeyir.

Əziz qardaşım Prezident, möhtəşəm və qardaş ölkəmiz olan Azərbaycana bizi dəvət etdiyiniz üçün çox sağ olun. Ötən gecə Bakıya eniş etdikdən bəri burada keçirdiyimiz hər andan zövq almışıq. Səfərəmiz nəinki çox rahat, eyni zamanda, çox məhsuldar və faydalıdır. Gözəl Bakı şəhərini yay mövsümündə seyr etmək zövq oxşayır, onun landşaftını, yaşıllığını nəzərdə tuturam. Nümayəndə heyətinizi İslamabada göndərdiyiniz üçün çox sağ olun. Onlar indi gözəl İslamabadı daha da abadlaşdırırlar. İslamabadın özünəməxsus təbii gözəlliyi var. O, dağın ətəyində yerləşir, komandanız çox gözəl şəhəri daha da gözəlləşdirərək abadlaşdırır. Çox sağ olun. Burada Bakı ağ qar örtüyünə bürünüb və bu da özlüyündə bizə əlavə rahatlıq verir.

Zati-aliləri, bugünkü müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz. Eynilə, Zati-aliləri, Sizə deyə bilərəm, şübhəsiz ki, Pakistanda bütün siyasi partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir.

Zati-aliləri, ötən dəfə Pakistana səfəriniz qardaşlıq münasibətlərimizi yeni səviyyə qaldırdı və bu, səmimi əlaqələri gücləndirdi. Azərbaycanın Pakistanın birgə müəssisələrinə 2 milyard dollar sərmayə yatıracağını nəzərdə tutduğunuzu bəyan edəndə mən Sizə hədsiz dərəcədə minnətdar oldum. Bunlar qarşılıqlı faydalı investisiyalardır və hər iki ölkəyə dividentlər gətirir. Mən böyük sevinc hissi ilə qeyd edirəm ki, hər iki heyət bu məsələ üzərində nəticələr əldə etmək üçün çox ciddi işləyib və bu gün səhər hər iki tərəfin çoxlu iş gördüyünü və hər iki tərəfə bütün hazırlıqları yekunlaşdırmaq üçün 1 ay vaxt verildiyini Sizdən eşitməkdən çox şad oldum. İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən bu 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm.

Zati-aliləri, bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcəkdir. Çünki bizim dotluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliymiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və inşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik. Mən Sizin səmimiyyətinizə, liderliyinizə, müdrikliyinizə və baxışınıza görə həddindən artıq minnətdaram. Əziz qardaşım Prezident İlham Əliyev, Sizi əmin etmək istəyirəm ki, mən etimadınızı doğruldacağam, sizin sürətinizi və üzərinizə götürdüyünüz öhdəliklərinizi qarşılamağa və hətta ondan da artığını etməyə çalışacağam.

Zati-aliləri, Pakistan həmişə Azərbaycanı Qarabağ məsələsində dəstəkləmişdir və əlhəmdülillah, Sizin baxışınız, cəsarətiniz və qətiyyətli qərarlarınız bu bölgədə sülhə gətirib çıxardı. Sabah mən Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim. Lakin düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss etdim. Biz belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı ziyarət edəcəyik və Sizin möhtəşəm nailiyyətinizi yüksək dəyərləndirəcəyik.

Zati-aliləri, Kəşmir əhalisinə dəstəyinizə görə Sizə təşəkkür edirəm. Siz hər zaman heç bir siyasi şərt və ya tərəddüd olmadan Kəşmir məsələsində bizim haqq işimizi dəstəkləmisiniz və bu, Sizi fərqləndirən xüsusiyyətinizdir, sarsılmaz mövqeyinizdir. Biz Pakistan xalqı bunu yüksək qiymətləndiririk. Ümidvaram ki, Baş Assambelya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bizim kollektiv səylərimiz sayəsində bir gün tezliklə həyata keçəcək. Çünki onlar da insandır və 70 il ərzində öz azadlıqları, öz müqəddəratını təyinetmə hüquqları uğrunda mübarizə aparmaq üçün özlərini qurban veriblər. Düşünürəm ki, dünya onların haqq işini və səylərini dəstəkləməli, buna qarşı çıxmamalıdır.

Eyni zamanda, Zati-aliləri, indi Qəzza əhalisinin daimi atəşkəsə ehtiyacı var və dünya qəzzalıların və fələstinlilərin haqq işini qəbul edib, ikidövlətli həll prinsipi əsasında Fələstin dövlətinin yaradılması məsələsində tam yekdillik var. Düşünürəm ki, bu vaxt, yəni, fasilə zamanı, Qəzzada daimi atəşkəsə sadiqlik olacaq və zənnimcə, bu ərazidə iki dövlətin mövcudluğu – Fələstin dövlətinin yaradılması arzusu yaxın gələcəkdə reallaşacaq.

Zati-aliləri, bu gün burada imzalanmış anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlər gətirməsi üçün bizim səmimi səylərimizi təşviq edəcək. SOCAR və pakistanlı həmkarları sıxılmış maye qaz razılaşmasını əlavə 2 il müddətinə uzatdılar. Ticarət şirkəti yaradılıb və əlbəttə ki, bu gün bir çox başqa əlamətdar anlaşma memorandumları və sazişlər imzalandı. Mən Sizin müstəsna dəstəyinizə görə minnətdaram. Sizinlə tamamilə razıyam ki, Pakistan ilə Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. Bizim müdafiə sahəsində birgə istehsal potensialımız olmalıdır. Bu, hər iki tərəfin öhdəliyinə düşür və aprel ayında Azərbaycan nümayəndə heyəti Pakistana səfər edəndə bu məsələ nümayəndə heyətinin gündəliyində başlıca prioritet təşkil edəcək. Biz bununla əlaqədar ciddi və səmimi müzakirələr və danışıqlar aparmağa hazır olacağıq.

Zati-aliləri, bizim beynəlxalq infrastruktur dəhlizi layihəmiz zamanın tələbidir və Qvadar limanı idxal-ixrac üçün təyinat məntəqəsidir. Düşünürəm ki, bu, bütün regiona transformativ və çox müsbət təsir göstərəcək. Biz Sizin baxışınızı tam dəstəkləyirik və nümayəndə heyətləri Sizin planınızın həyata keçirilməsi üçün yollar və imkanlar tapmaq məqsədilə görüşən zaman bu, bir daha gündəlikdə duran məsələlərdən biri olacaq. Çünki bu, hər kəs üçün uduşlu vəziyyət olacaq.

Zati-aliləri, mən çox səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim. Siz qardaşsınız, biz bir ailə kimiyik. Mən apreldə təkcə Pakistan xalqının deyil, qardaş ölkə Azərbaycanın bütün guşələrində deyil, bütün dünyanın izləyəcəyi bu möhtəşəm tədbir və möhtəşəm imzalama mərasimi ilə bağlı Sizin Pakistana səfərinizi səbirsizliklə gözləyirəm. Bu, bizim nail olmalı və dərindən düşünməli olduğumuz məsələdir. Təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır. Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və inşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq. Təşəkkür edirəm, Allah Sizi qorusun!

Əvvəlki Yazı

Rəsmi Bakıdan Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab

Növbəti Yazı

Özbəkistanda Xocalı soyqırımının ildönümü münasibətilə tədbir kecirilib-FOTOLAR

XƏBƏR LENTİ

Yazıçı Çinarə Köçərlinin məktəblilərlə görüşü baş tutub

Yazıçı Çinarə Köçərlinin məktəblilərlə görüşü baş tutub

27 Oktyabr 2025 / 18:51
34
Məktəblilər Uşaq Ktabxanasının sehrli dünyasını kəşf etdilər

Məktəblilər Uşaq Ktabxanasının sehrli dünyasını kəşf etdilər

27 Oktyabr 2025 / 18:47
25
          “Söz və Səslə Yaşayan Əbədiyyət” adlı ədəbi-bədii tədbir kecirdik -Fotolar

         “Söz və Səslə Yaşayan Əbədiyyət” adlı ədəbi-bədii tədbir kecirdik -Fotolar

27 Oktyabr 2025 / 18:38
21
Respublika Uşaq Kitabxanasının əməkdaşları məktəblilərlə birgə Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiya təşkil edib

Respublika Uşaq Kitabxanasının əməkdaşları məktəblilərlə birgə Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiya təşkil edib

25 Oktyabr 2025 / 7:26
37
Respublika Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb

25 Oktyabr 2025 / 7:19
33
Azərbaycan dramaturqu, nasir, maarifçi Süleyman Sani Axundovun xatirəsi anılıb

Azərbaycan dramaturqu, nasir, maarifçi Süleyman Sani Axundovun xatirəsi anılıb

22 Oktyabr 2025 / 13:26
59
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib -Fotolar

Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib -Fotolar

22 Oktyabr 2025 / 13:22
40
Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənovun anadan olmasının 85 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənovun anadan olmasının 85 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

20 Oktyabr 2025 / 22:42
24
Respublika Gənclər Kitabxanasında Firidun Şuşinskinin xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Firidun Şuşinskinin xatirəsi anılıb

21 Oktyabr 2025 / 21:35
17
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

20 Oktyabr 2025 / 22:30
11
20 Oktyabr – Ümumdünya Statistika Günü və Statistikanın 105 illiyi

20 Oktyabr – Ümumdünya Statistika Günü və Statistikanın 105 illiyi

16 Oktyabr 2025 / 21:42
269
Respublika Gənclər Kitabxanasında artilleriya generalı Səməd bəy Mehmandarovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında artilleriya generalı Səməd bəy Mehmandarovun xatirəsi anılıb

16 Oktyabr 2025 / 18:36
25
Respublika Gənclər Kitabxanası millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazasını istifadəçilərə təqdim edib

Respublika Gənclər Kitabxanası millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazasını istifadəçilərə təqdim edib

16 Oktyabr 2025 / 11:39
30
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

14 Oktyabr 2025 / 21:05
20
Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

14 Oktyabr 2025 / 20:59
27
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək – DETALLAR

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək – DETALLAR

14 Oktyabr 2025 / 16:41
8
Mən atamın olduğu hər yerdə güclüyəm! – Şəhid oğlunun arzusu

Ermənistan ordusunun “yenilməzlik” mifini darmadağın edən ƏMƏLİYYAT – Böyük Zəfər yürüşünün yeni mərhələsi belə başladı

14 Oktyabr 2025 / 16:39
15
Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

14 Oktyabr 2025 / 16:31
6
Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

14 Oktyabr 2025 / 15:06
7
Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

11 Oktyabr 2025 / 14:56
8
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

10 Oktyabr 2025 / 6:51
45
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

10 Oktyabr 2025 / 6:44
35
XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

07 Oktyabr 2025 / 7:03
39
“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

06 Oktyabr 2025 / 21:15
36
“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

06 Oktyabr 2025 / 20:01
17
Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

06 Oktyabr 2025 / 16:59
36
XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

06 Oktyabr 2025 / 16:17
11
QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

06 Oktyabr 2025 / 0:22
6
“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

04 Oktyabr 2025 / 19:55
22
Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

02 Oktyabr 2025 / 20:40
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.