Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası fevralın 28-də keçiriləcək.
Avropa.info xəbər verir ki, iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” nın Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (üçüncü oxunuş)
2. “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
3. Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
4. “Sosial sığorta haqqında” qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
5. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
6. Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
7. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi
8. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
9. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş)
10. İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
11. Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
12. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
13. “Nəqliyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
14. “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
15. “Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
16. “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş