12 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Heç şübhəsiz ki, Rusiyanın Ukraynaya təcavüzkar müharibəsinin təhrikçisi ABŞ – dır-Vüqar Dadaşov

Fevral 24, 2025
Siyasət
A A

-ABŞ Rusiya-Ukrayna müharibəsində qələbə və qazancını rəsmiləşdirir
-İndi Rusiya hərbi qələbə qazansa da, uduzacaq
-Tramp iflic edilir?

Heç şübhəsiz ki, Rusiyanın Ukraynaya təcavüzkar müharibəsinin təhrikçisi ABŞ – dır. ABŞ Rusiyanı bu müharibəyə çəkməklə bir neçə məqsədi hədəfləmişdi: Rusiyanı zəiflətmək, Avropanın Rusiya ilə iqtisadi əlaqələrini qırmaq, enerji asılılığını aradan qaldırmaq, nəhayət Avropanı həm iqtisadi, həm hərbi cəhətdən özündən tam asılı vəziyyətə salmaq. ABŞ Rusiya – Ukrayna müharibəsi ilə qarşısına qoyduğu bütün məqsədlərinə çatıb.

Bunu Avropa.info-ya Milli Cəphə Partiyasinin Başqan müavini (MCP) ,taninmiş hüquqşüna Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə Rusiya – Ukrayna müharibəsinin iqtisadi, hərbi, siyasi cəhətdən birmənalı qalibi və qazanclı tərəfi ancaq ABŞ-dir.

ABŞ prezidenti Trampın Rusiya – Ukrayna müharibəsini bitirmək cəhdi də əslində ABŞ-ın artıq hədəfinə çatmasıdır. Tramp müharibəni bitirməli, ABŞ – ın qazancını rəsmiləşdirməlidir. Ukraynadakı müharibə ilə bağlı Trampın rəhbərliyi ilə başlanan ABŞ – Rusiya danışıqları da məhz bu nəticələrin qəbulu ilə bağlıdır. Ukraynın taleyini həll edə biləcək ABŞ – Rusiya danışıqlarında Ukraynanın iştirakının həm ABŞ, həm Rusiya tərəfindən rədd edilməsi, Rusiya – Ukrayna müharibəsində əsl tərəflərin kim olduğunu bütün çılpaqlığı ilə göstərir. Artıq, Avropa İttifaqı və Ukrayna ABŞ tərəfindən aldandığının, istismar olunduğunun fərqindədir.

Məhz bu səbəbdən də Avropa ABŞ-dan tam fərqli olaraq Ukraynaya hərbi, iqtisadi və maliyyə yardımını davam etdirmək niyyətində olduğunu bildirir.
Tramp ABŞ-ın dövlət siyasi xəttindən kənara çıxa bilməz, ancaq Tramp qeyri-adekvat siyasi gedişləri ilə ABŞ-ın əsl üzünü göstərdi, ona olan digər dövlətlərin etimadını, etibarını məhv etdi, riyakarlığını üzə çıxardı. Siyasi, ideoloji, imic baxımdan Tramp ABŞ-a, onun müttəfiqlərinə böyük zərbə vurdu.

Donald Trampın 80-ci illərdə Rusiyanın DTK (KQB) tərəfindən əməkdaşlığa cəlb edilməsi barədə məlumatların ortaya çıxarılması da ciddi əsaslara söykənir. Rusiyaya maraqlarını təmin edilməsi üçün şəraitin yaradılmasına görə Trampın səyləri göz qabağındadır. Əlbəttəki, Tramp bunlara görə əldən çıxa bilməyəcək.

ABŞ – ın başlatdığı Rusiyanın – Ukraynaya təcavüzünə görə, kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiya, siyasi məhdudlaşdırma kompaniyasına qoşulmayan bəzi ölkələr bu vəziyyətdən uduşlu çıxır. Türkiyənin qlobal dünya bölgüsündə söz və hökm sahiblərindən biri olduğu açıq görünür. Mürəkkəb beynəlxalq siyasi prosesdə ABŞ, Britaniya, Fransa, Rusiya, Ukrayna, İran rəsmilərinin ardıcıl şəkildə Türkiyə prezidenti cənab Ərdoğanla məsləhətləşmələr, danışıqlar aparması heç də adi dövlətlər arası münasibətlərin müzakirəsi deyil, qlobal dünya nizamının konfiqurasiyasının dəqiqləşdirilməsidir.

Bəli, Rusiya hərbi qələbəsini qazanıb, ancaq Ukrayna xalqı məğlubiyyəti qəbul etməyəcək və münaqişə zaman-zaman müxtəlif dövrlərdə canlanacaq. Tramp və Putinun tələbləri ilə Ukrayna prezidenti Zelenski hakimiyyətdən getsə və hətta Rusiyaya, ABŞ-a uyğun birisi Kiyevdə hakimiyyətə gətirilsə də, Rusiyanın Ukraynadan əldə etdiyi torpaqları rahatlıqla həzm etməsinə imkan verilməyəcək. ABŞ Rusiya üçün daimi münaqişə və düşmən yaratmağa nail oldu. Bu həm də ABŞ-ın Avropa və Rusiya üzərində strateji qələbəsidir. Hərçənd ki, Zelenskinin hakimiyətdən getməsi o qədər də inandırıcı deyil. Əksinə, Ukraynasız ABŞ – Rusiya danışıqları, Trampın davranışları Zelenskinin ölkə daxilində reytinqini qaldırıb.

Rusiyanın Ukrayna üzərində hərbi qələbəsi əslində Rusiya dövlətçiliyi, Putin hakimiyyəti üçün çox böyük və ciddi çətinliklər gətirəcək. Birinci Dünya Müharibəsində olduğu kimi, Rusiya bu müharibədə də qalib olsa da, siyasi, iqtisadi nəticələri onu uduzduracaq. Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu çox çəkə bilməz.

Ümumən isə, Beynəlxalq çəkişmələr, konfliktlər Çinin iqtisadi və hərbi cəhətdən daha da güclənməsi üçün münbit şərait yaradır. Son günlər Çinin son nəsil texnoloji sılahların istehsalı, sınaqları Çinin qlobal planlarının anonsudur. Əslində də ABŞ üçün Çin elə ən əsas hədəfdir.

Avropa.info

Əvvəlki Yazı

Bakıda ana evdə körpə dünyaya gətirdi-körpə öldü

Növbəti Yazı

BDYPİ sürücülərə xəbərdarlıq etdi -Yollar buz bağlayacaq

XƏBƏR LENTİ

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
51
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
45
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
65
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
12
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
173
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
7
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
111
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
98
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
18
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
12
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
7
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
6
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.