05 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Putin Lavrovu Təcili Türkiyəyə göndərir

Fevral 23, 2025
Dünya
A A

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Təhlükəsizlik Şurasının toplantısında “yaxın qonşularla və dostlarla” əlaqələri müzakirəyə çıxarıb.

Avropa.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və FSB direktoru Aleksandr Bortnikovun TŞ-də mövzu ilə bağlı məruzəçi seçilməsi təsadüf deyil. Belə ki, Lavrovun siyasi, Bortnikovun isə kəşfiyyat məlumatları təqdim etdiyi ehtimal edilir.

Maraqlıdır, Putin niyə Ukrayna üzrə danışıqların getdiyi bir vaxtda “ən yaxın tərəfdaşlarımız, həmkarlarımız və qonşularımızla münasibətlərin inkişafı ilə bağlı suallarının olduğunu” dilə gətirdi?

Ehtimallardan biri Ukrayna savaşının sonlanması ehtimalı ərəfəsində Rusiyanın postsovet məkanına “geri qayıtmaq” imkanlarını dəyərləndirməkdir. Bu mənada xüsusilə Cənubi Qafqaz regionu müzakirə mövzusudur. Siyasi təhlilçilərin fikrincə, Qarabağ münaqişəsi tarixin arxivinə gömüldüyündən, Rusiyanın Azərbaycan və Ermənistana təsir imkanı qalmayıb, Gürcüstanla isə uzun illərdir ki, siyasi münasibətlər yoxdur. İkinci Qarabağ savaşından sonra Azərbaycanın müttəfiqi kimi regionda əhəmiyyətli dərəcədə söz sahibi olan Türkiyə Rusiyanın başı Ukraynaya qarışdığı bir zamanda bölgədə alternativsiz gücə çevrilmə istiqamətində ciddi uğur əldə edib. Üstəlik, Suriyada Rusiya və İranın müttəfiqi Bəşər Əsəd rejiminin devrilməsi ilə Türkiyə bu ölkədə də tək söz sahibi olub.

Türkiyənin Rusiya və İranla Suriya üzrə “Astana platforması”, Cənubi Qafqazla bağlı “3+3” formatı olsa da, birinci artıq arxivləşib, ikincinin fəallığı isə yoxdur. Başqa sözlə, hər iki bölgə artıq Türkiyənin əhəmiyyətli təsiri altındadır.

Türkiyə lideri Ərdoğanın daha bir həmləsi – 18 fevralda Ər-Riyadda ABŞ-Rusiya yüksək səviyyəli məmurlarının Ukrayna üzrə danışıqlara başladığı bir vaxtda Ukrayna Prezidenti Zelenskini qəbul etməsi və Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha uca səslə bəyan etməsi isə ciddi mesajdır.

Türkiyə eyni zamanda, ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etmək iradəsini də ortaya qoydu, bu isə o deməkdir ki, Ərdoğan Ukrayna münaqişəsinin də ölkəsinin maraqlarından kənarda həlli ilə razılaşmayacağına işarə edir və bu, Putinin “əsas qayğısı” ola bilər.

Təsadüfi deyil ki, Lavrovun artıq bu gün Türkiyəyə gedəcəyi gözlənilir, bunun ardınca isə onun İrana səfəri olacaq (Lavrovun 25 fevralda İrana gedəcəyi bildirilsə də, sonradan səfər ertələndi və həftə ərzində baş tutacağı elan edildi. Güman ki, bu, ABŞ lideri Trampın 25 fevralda Ər-Riyadda Rusiya ilə ikinci görüş olacağı barədə açıqlamasına görədir). Eyni zamanda, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da 27 fevralda Türkiyəyə yollanacaq.

Rusiya artıq hansı istəkləri olduğunu Lavrovun dili ilə elan edib: Suriyada hərbi mövcudluğunun qorunması, üstəlik, “3+3” məşvərətçi formatının siyasi təşkilata çevrilməsi. Rusiya bu “siyasi təşkilat” vasitəsilə Türkiyənin Cənubi Qafqazdakı nüfuzunu onunla bölüşməsini istəyir.

Eyni zamanda, Donald Trampın daha sərt təzyiqinə hazırlaşan İran da regionda maraqlarını ən azı Rusiya qədər təmin etməyə çalışır.

S.Lavrov və V.Matviyenko bu məsələləri Türkiyə ilə müzakirə etməyə tələsir. Bəs, Türkiyənin Ukrayna şərti necə olacaq?

Ankaranın ötən gün ABŞ və Rusiyanın Ukrayna mövzusunda danışıqlarına ev sahibliyi etmək istəyi təsadüfən yaranmayıb

Əvvəlki Yazı

“Global Media Group”a bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

Növbəti Yazı

ABŞ- dan Ukraynaya yeni təzyiq: “Starlink”

XƏBƏR LENTİ

Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti

Bir yol, üç mühüm MƏRHƏLƏ: Zəngəzur dəhlizinin geosiyasi ƏHƏMİYYƏTİ

05 İyul 2025 / 22:29
1
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

04 İyul 2025 / 22:49
2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

04 İyul 2025 / 22:16
2
Xankəndidə TARİXİ ANLAR – Liderlər arasında səmimi söhbət

Xankəndidə TARİXİ ANLAR – Liderlər arasında səmimi söhbət

04 İyul 2025 / 20:19
2
Şuşada rəsmi nahar- FOTO

Şuşada rəsmi nahar- FOTO

04 İyul 2025 / 19:42
1
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb

04 İyul 2025 / 18:52
2
İlham Əliyevlə Pezeşkianın görüşü keçirildi – FOTO -YENİLƏNİB

İlham Əliyevlə Pezeşkianın görüşü keçirildi – FOTO -YENİLƏNİB

04 İyul 2025 / 18:50
1
“Rəqəmsal dövrdə uşaq və yeniyetmələr: Zərərli vərdişlər və çıxş yolları” adlı videoslayd təqdim edilib

“Rəqəmsal dövrdə uşaq və yeniyetmələr: Zərərli vərdişlər və çıxş yolları” adlı videoslayd təqdim edilib

04 İyul 2025 / 15:45
16
Pezeşkian Azərbaycana səfərə gəlib

Pezeşkian Azərbaycana səfərə gəlib

04 İyul 2025 / 10:15
4
Ərdoğan Xankəndinə yola düşdü

Ərdoğan Xankəndinə yola düşdü

04 İyul 2025 / 10:11
2
Parlamentdə ŞOK OLAY: 100-dən çox millət vəkili və əməkdaş xəstəxanalıq oldu

Parlamentdə ŞOK OLAY: 100-dən çox millət vəkili və əməkdaş xəstəxanalıq oldu

04 İyul 2025 / 10:07
5
Suriyada inqilabi yenilik – Dövlət gerbi dəyişdirildi

Suriyada inqilabi yenilik – Dövlət gerbi dəyişdirildi

04 İyul 2025 / 9:54
3
Tramp elan edəcək: Atəşkəsin açıqlanacağı tarix bəlli oldu

Tramp elan edəcək: Atəşkəsin açıqlanacağı tarix bəlli oldu

04 İyul 2025 / 9:48
2
Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

04 İyul 2025 / 9:40
2
Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

04 İyul 2025 / 9:36
2
İsrailli məhbusların qohumları Netanyahuya məktub yazdı: Razılaşma tələb edirlər

İsrailli məhbusların qohumları Netanyahuya məktub yazdı: Razılaşma tələb edirlər

04 İyul 2025 / 8:37
34
1-ci Qarabağ Müharibəsi Şəhidi Zərdabda dəfn edildi – Fotolar

Daha 3 şəhidimiz Kəlbəcərdə dəfn olunacaq

02 İyul 2025 / 20:40
14
Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

02 İyul 2025 / 19:36
43
Prezidentlər iclasda iştirak edirlər

Prezidentlər iclasda iştirak edirlər

02 İyul 2025 / 16:13
36
Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

02 İyul 2025 / 13:08
46
Ersin Tatar Azərbaycana gəlib – FOTO

Ersin Tatar Azərbaycana gəlib – FOTO

02 İyul 2025 / 12:33
29
Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

02 İyul 2025 / 12:26
21
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr

02 İyul 2025 / 12:21
24
Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

02 İyul 2025 / 11:28
20
“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

02 İyul 2025 / 11:19
8
Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

02 İyul 2025 / 11:08
39
Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

02 İyul 2025 / 10:56
36
Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

02 İyul 2025 / 10:49
33
Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

Sumqayıtda qadın küçədə qətlə yetirilib

02 İyul 2025 / 10:04
4
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

02 İyul 2025 / 9:56
35
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.