01 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

Zaqatalada ağacları kəsən vəzifəli şəxslərə cinayət işi açıldı

Fevral 20, 2025
Kriminal
A A

Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Avropa.info xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında vurğulanıb.

Bildirilir ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməmişdir.

İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib.

Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılmışdır.

Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Əvvəlki Yazı

Xəzərdə kapitanın səhhətində problem yarandı, xəstəxanaya çatdırıldı – FOTOLAR

Növbəti Yazı

Berlində yeni tətil dalğası ictimai nəqliyyatı dayandırıb

XƏBƏR LENTİ

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
25
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
7
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
14
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
31
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
19
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
26
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
37
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
29
SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

30 İyun 2025 / 13:03
18
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakınin Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

30 İyun 2025 / 12:57
40
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

30 İyun 2025 / 10:23
24
Serbiyada etirazlar səngimir, küçələr bağlanır

Serbiyada etirazlar səngimir, küçələr bağlanır

30 İyun 2025 / 9:05
35
Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

30 İyun 2025 / 8:56
49
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

30 İyun 2025 / 8:49
37
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

30 İyun 2025 / 8:34
67
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

30 İyun 2025 / 8:19
61
Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

30 İyun 2025 / 8:10
15
Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

30 İyun 2025 / 7:50
57
Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

29 İyun 2025 / 16:19
19
Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

29 İyun 2025 / 16:03
37
Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

29 İyun 2025 / 12:45
31
İsrail Livanın cənubunu hədəfə alıb

İsrail Livanın cənubunu hədəfə alıb

29 İyun 2025 / 8:45
29
Avstriyada Fələstinə dəstək nümayişi -Foto

Avstriyada Fələstinə dəstək nümayişi -Foto

29 İyun 2025 / 8:31
36
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

28 İyun 2025 / 18:51
16
Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

28 İyun 2025 / 13:37
5
Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində olan hadisənin detalları ilk dəfə açıqlandı: Qətl, kişi və qadınlara işgəncə, 70 nəfərin həbsi olunmasi

28 İyun 2025 / 13:32
49
Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı beş nəfərə catdi

Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı beş nəfərə catdi

28 İyun 2025 / 13:15
61
Masallıda dəhşətli qəza: bir nəfər öldü, üç nəfər yaralanib

Masallıda dəhşətli qəza: bir nəfər öldü, üç nəfər yaralanib

28 İyun 2025 / 13:09
58
İsrail  əsgərləri İordan çayının qərb sahilində 3 fələstinlini öldürüb

 İsrail ordusu İordan çayının qərb sahilində 4 fələstinlini yaralayıb

28 İyun 2025 / 9:38
24
ABŞ prezidenti Tramp CNN və New York Times-a reaksiya verib

Tramp: Faiz dərəcələrini aşağı salmaq istəyən birini FED sədri seçəcəyəm

28 İyun 2025 / 9:29
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.