Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi səfəri ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.
Avropa.info xəbər verir ki, paylaşımda deyili
“Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfəri (19.02.2025)”.
Qeyd edək ki, dövlətimizin başçısı Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.
Həmçinin İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.