Kür çayının Samux rayonu ərazisinə düşən hissəsində iki nəfər batıb.
Avropa.info xəbər verir ki, hadisə rayonun Qaraağaclı kəndində qeydə alınıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Batan şəxslərin axtarışları davam edir. Onların balıqçı olduğu ehtimal olunur.
Kürdə batan şəxslərin kimliyi məlum olub.
Həmin şəxslərdən biri Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayon Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Muşviq İsmayılovdur. İlkin məlumata görə, hadisə qayığın aşmasından baş verib.
Batan şəxlərin axtarışları davam edir