Kanadanın Ontario əyalətində hava limanına eniş edən Delta Air Lines təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.
Avropa.info CTV News-ə istnadən xəbər verir ki,Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsi Toronto əyalətinin paytaxtı Toronto Pearson hava limanına enərkən qəzaya uğrayıb.
Səlahiyyətlilər qəzada 8 nəfərin yaralandığını açıqlayıb.
Hava limanının X hesabından edilən şərhdə, qəzanın ardından təcili yardım qruplarının müdaxilə etdiyi bildirilib.
Sosial mediada paylaşılan görüntülərdə təyyarənin tərs çevrildiyi və ekipajların müdaxilə etdiyi görünür.