ABŞ-ın bəzi ştatlarında yağan güclü yağış daşqınlara səbəb olub. Kentukki ştatında 13 nəfər həyatını itirib, daha çoxunun itkin düşdüyü bildirilir.
Avropa.info CNN-ə istinadən xəbər verir ki, 12 nəfər, o cümlədən Qərbi Virciniya və Kentukki ştatında 11 nəfər daşqınlarda, Corciyada isə 1 nəfər fırtınadan külək nəticəsində evinin üzərinə ağacın aşması nəticəsində həlak olub.
Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrisi daşqınlar səbəbindən çoxlu insanın itkin düşdüyünü bildirib.
Kentukki qubernatoru Endi Beşir daşqınlarda 1000-dən çox insanın xilas edildiyi barədə məlumat paylaşıb.
Həftəsonu yağan güclü yağışlar səbəbindən ABŞ-ın bəzi ştatlarında daşqınlar yaşanıb.
Nyu-Yorkdan Alabama-ya qədər ən azı 700 min ev və iş yeri yağış, külək və daşqın səbəbindən işıqsız qalıb.
Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir