Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
Avropa.info xəbər verir ki, Kommunikasiyalar direktoru Fahrettin Altun sosial media hesabında Ukrayna prezidenti Zelenskinin sabah Türkiyəyə gələcəyini və prezident Ərdoğanla Prezident sarayinda görüşəcəyini açıqlayıb.
Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.