ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz deyib ki, ölkəsi Rusiya ilə müharibə zamanı Ukraynaya verdiyi milyardlarla dollar dəstəyin əvəzini ödəməyə layiqdir.
Bunula bağlı Waltz “Fox News Sunday” verilişində şərhlər edib.
ABŞ-ın illərdir Rusiya-Ukrayna müharibəsinin “yükünü” öz üzərinə götürdüyünü bildirən Vals, ölkəsinin Ukraynaya verdiyi milyardlarla dollarlıq dəstəyin qarşılığını almağa layiq olduğunu söylədi.
Waltz Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın nadir metalların yarısını ABŞ-a təhvil verməsini nəzərdə tutan sazişi qəbul etməsinin “çox ağıllı” olacağını söylədi.
ABŞ prezidenti Donald Trampın bütün dinamikanı yenidən nəzərdən keçirdiyini vurğulayan Vals qeyd edib ki, “Trampla birgə işləməkdən yaxşı təminat ola bilməz”.
Zelenski bu təklifi rədd edib
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın təkidinə baxmayaraq, Ukraynanın hərbi dəstək müqabilində nadir metalların yarısını ABŞ-a təhvil verməsini nəzərdə tutan saziş layihəsini imzalamaqdan imtina edib.
Tramp fevralın 3-də verdiyi açıqlamada Ukraynadan nadir torpaq elementləri almaq istədiklərini bildirib.
Ukraynadakı müharibənin bitməli olduğunu deyən Tramp, ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyi təqdirdə bunun üçün cavab verilməli olduğunu vurğulayıb.
Zelenski ölkəsinin mineral ehtiyatlarına “müttəfiqlərdən investisiya cəlb etməyə açıq olduğunu” bildirib .