Xarici işlər naziri Hakan Fidan 61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Almaniyanın xarici işlər naziri Annalena Baerbock ilə görüşüb.
Avropa.info xəbər verir ki, Hakan Fidan MSC 2025 çərçivəsində britaniyalı həmkarı Lammi ilə görüş keçirib.
Görüşdə iki tərəf Suriyadakı vəziyyəti və Qəzzada baş verənləri dəyərləndirib.
Nazir Fidan Suriyada siyasi birliyin əhəmiyyətinə toxunaraq, Suriyada yeni administrasiyanın dəstəklənməli olduğunu ifadə edərək, Qəzzada atəşkəsin qalıcı olmasının bölgədə sülhün bərqərar olması üçün vacib olduğunu qeyd edib.
Görüş zamanı Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələlər də müzakirə olunub.
Nazir Fidan alman həmkarı ilə Ukrayna və Suriyanı müzakirə edib
Avropa.info xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan bu gün (14 fevral) Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə görüş keçirib.
Görüşdə Ukrayna- Rusiya müharibəsi və Suriyadakı təhlükəsizlik vəziyyəti müzakirə edilib. Transatlantik münasibətlərdəki son vəziyyət müzakirə edilib.