Avropa.info İstanbul Respublika Prokurorluğuna istinadən xəbər verir ki, Türkiyə Sənayeçi və İşadamları Dərnəyinin (TÜSİAD) Ali Məsləhət Şurasının (YİK) sədri Mehmet Ömər Arif Arasın fevralın 13-də dərnəyin ümumi yığıncağında etdiyi çıxışında bəzi araşdırmalar və təqiblərlə bağlı məhkəməyə təklif və istiqamət verən ifadələr işlətdiyini müəyyən edib.
Baş Prokurorluq Arasın dediklərini həqiqətə uyğun olmayan və ictimai asayişi poza biləcək faktlar kimi qiymətləndirib və “ədalətli məhkəməyə təsir etməyə cəhd” və “həqiqətə uyğun olmayan məlumatların açıq şəkildə yayılması” cinayətləri ilə bağlı ex officio araşdırmaya başlayıb.
Avropa.info Türkiyə